Miloş Krasiç rəsmən “Fənərbaxça”da
03.08.2012 - 08:40
Miloş Krasiç rəsmən “Fənərbaxça”da
Türkiyəni Çempionlar Liqasında təmsil edən “Fənərbaxça” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Yuventus”un və Serbiya yığmasının futbolçusu Miloş Krasiç bundan sonra Superliqada oynayacaq. “Fənər” 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. Transferin məbləği 7 milyon avro təşkil edib. Təcrübəli yarımmüdafiəçinin təqdimetmə mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, ötən mövsüm ölkə çempionu olan “Yuventus”da daha çox ehtiyatda qalan Miloş 2010-cu ildə Moskva MOİK-indən ora 12 milyon avroya keçmişdi.