“Rəvan” – “Xəzər Lənkəran” matçı Vüsal Əliyevə tapşırıldı
03.08.2012 - 10:28
“Rəvan” – “Xəzər Lənkəran” matçı Vüsal Əliyevə tapşırıldı
Azərbaycan Premyer Liqasının I turunun oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutacaq 5 qarşılaşmadan 3-ü FİFA hakimlərinə tapşırılıb. Çempionat Anar Salmanov və Əliyar Ağayevin fiti ilə başlayacaq. Turun mərkəzi oyunu olan “İnter” – “Qarabağ” matçı Fariz Yusifova tapşırılıb.

4 avqust (şənbə)

18:30. "Sumqayıt" - AZAL
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Orxan Məmmədov
Mehdi Hüseynzadə adına stadion

18:30. "Kəpəz" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Gəncə şəhər stadionu

19:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Fərid Məmmədov
Zaqatala şəhər stadionu

5 avqust (bazar)

20:00. "Rəvan" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Rahil Ramazanov, Ramil Əhmədov
"Dalğa Arena" stadionu

20:00. "İnter" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Elman Musayev, Rəhim Həsənov
"AZAL Arena" stadionu

Mənbə: pfl.az