“Xəzər Lənkəran”ı ilk turda yalnız Yunis Hüseynov məğlub edib
03.08.2012 - 11:53
“Xəzər Lənkəran” Premyer Liqasında növbəti mövsümə “Rəvan”la səfər oyunu ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, bu, komandalar arasında 3-cü matç olacaq. Ötən mövsüm elitada debüt edən paytaxt təmsilçisi ilə əvvəlki 2 görüşdə qalib müəyyənləşməyib. Belə ki, hər 2 matçda komandalar hərəyə 1 qol vurub və 1 xalla kifayətlənib. Avqustun 5-dəki səfər matçında “Xəzər Lənkəran” bu tarazlığı öz tərəfinə dəyişməyə çalışacaq.
“Xəzər Lənkəran” Premyer Liqadakı 9-cu mövsümünü Yunis Hüseynovla başlayacaq. Ötən çempionatın gedişində baş məşqçi postuna təyin olunan mütəxəssis ilk dəfə cənubluları starta çıxarıb. O, həm də ilk dəfə “Rəvan”la görüşəcək.
Əvvəlki mövsümlərə “Xəzər Lənkəran” 4 fərqli məşqçi ilə başlamışdı. Nazim Süleymanov (2004/05), Rasim Kara (2005/06, 2008/09), Ağasəlim Mircavadov (2006/07, 2007/08, 2009/10), Mirça Rednikdən sonra (2010/11, 2011/12) Hüseynov lənkəranlıları ilk oyuna çıxaracaq 5-ci mütəxəssis olacaq.
Start oyunları ilə bağlı uğurlu tendensiya müşahidə olunur. Belə ki, “Xəzər Lənkəran” son 3 start oyununda istisnasız qələbələr qazanır. Ümumiyyətlə isə komanda çempionatdakı ilk oyunu kimi tarixə düşən 8 qarşılaşmadan 6-da qələbə qazanıb. Yeganə heç-heçə 2004, yeganə məğlubiyyət 2008-ci ildə qeydə alınıb. Məhz həmin məğlubiyyətdən sonra hər dəfə “Xəzər Lənkəran” ilk oyunda qələbə qazanır.
Ənənə öncəsi son xal itkisi, yeganə məğlubiyyət isə “Karvan”dan alınıb. Həmin məğlubiyyətin memarı isə indi “Xəzər Lənkəran”ı çalışdıran Yunis Hüseynovdur. Məhz o, yeganə baş məşqçidir ki, lənkəranlıların ilk oyununda qələbəyə sevinib.
Mənbə: lankaranfc.com
| 2011/12 | 27.08.2011 | Çempionat | RƏVAN (Bakı) | s | 1:1 |
|---|---|---|---|---|---|
| 2011/12 | 19.11.2011 | Çempionat | RƏVAN (Bakı) | e | 1:1 |
“Xəzər Lənkəran” Premyer Liqadakı 9-cu mövsümünü Yunis Hüseynovla başlayacaq. Ötən çempionatın gedişində baş məşqçi postuna təyin olunan mütəxəssis ilk dəfə cənubluları starta çıxarıb. O, həm də ilk dəfə “Rəvan”la görüşəcək.
Əvvəlki mövsümlərə “Xəzər Lənkəran” 4 fərqli məşqçi ilə başlamışdı. Nazim Süleymanov (2004/05), Rasim Kara (2005/06, 2008/09), Ağasəlim Mircavadov (2006/07, 2007/08, 2009/10), Mirça Rednikdən sonra (2010/11, 2011/12) Hüseynov lənkəranlıları ilk oyuna çıxaracaq 5-ci mütəxəssis olacaq.
Start oyunları ilə bağlı uğurlu tendensiya müşahidə olunur. Belə ki, “Xəzər Lənkəran” son 3 start oyununda istisnasız qələbələr qazanır. Ümumiyyətlə isə komanda çempionatdakı ilk oyunu kimi tarixə düşən 8 qarşılaşmadan 6-da qələbə qazanıb. Yeganə heç-heçə 2004, yeganə məğlubiyyət 2008-ci ildə qeydə alınıb. Məhz həmin məğlubiyyətdən sonra hər dəfə “Xəzər Lənkəran” ilk oyunda qələbə qazanır.
Ənənə öncəsi son xal itkisi, yeganə məğlubiyyət isə “Karvan”dan alınıb. Həmin məğlubiyyətin memarı isə indi “Xəzər Lənkəran”ı çalışdıran Yunis Hüseynovdur. Məhz o, yeganə baş məşqçidir ki, lənkəranlıların ilk oyununda qələbəyə sevinib.
| 2004/05 | 07.08.2004 | TURAN (Tovuz) | s | 1:1 |
|---|---|---|---|---|
| 2005/06 | 12.08.2005 | OLİMPİK (Bakı) | s | 2:0 |
| 2006/07 | 11.08.2006 | NEFTÇİ (Bakı) | e | 2:1 |
| 2007/08 | 12.08.2007 | KARVAN (Yevlax) | s | 1:0 |
| 2008/09 | 10.08.2008 | KARVAN (Yevlax) | s | 0:1 |
| 2009/10 | 21.08.2009 | İNTER (Bakı) | e | 1:0 |
| 2010/11 | 07.08.2010 | QƏBƏLƏ (Qəbələ) | e | 1:0 |
| 2011/12 | 06.08.2011 | SUMQAYIT-ŞƏHƏR | e | 2:1 |
Mənbə: lankaranfc.com
0
0