Elxan Məmmədov: Azərbaycana minədək əcnəbi gələcək
03.08.2012 - 12:20
Elxan Məmmədov: Azərbaycana minədək əcnəbi gələcək
FİFA nümayəndələri Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı ölkəmizə səfərlərindən razı qalıb. Apasport.az saytının məlumatına görə, onlar sentyabrın 22-də startı veriləcək turnirə hazırlıq işlərindən məmnun qalıblar.

Bu haqda məlumat verən AFFA-nın baş katibi, Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədovun sözlərinə görə, turnirdə bütün təşkilati işlər praktiki olaraq yekunlaşıb. Bu iş FİFA-nın Təşkilat Komitəsinin nümayəndələri ilə birgə sıx əməkdaşlığı nəticəsində gedib ki, onlar da görülən işlərdən razı qalıblar.

Məlum olduğu kimi, oyunlar Bakı və Lənkəranda keçiriləcək. Təşkilat Komitəsi əsas diqqəti ikinci şəhərə yönəldib. Belə ki, Lənkəranın idman infrastrukturu paytaxtla müqayisədə yetərincə aşağıdır. Məmmədov artıq orada da turnirə hər şeyin tam hazır olduğunu bildirib: “Turnir zamanı ölkəmizə minədək əcnəbi azarkeşin gəlməsi gözlənilir. Bundan əlavə, FİFA-nın 200-ə yaxın nümayəndəsi gələcəklərini təsdiqləyiblər. Çempionatın qalan 15 iştirakçısı olan ölkələrin rəsmi nümayəndə heyətlərində 1500-ə yaxın insan gələcək. Bununla əlaqədar otel və digər infrastrukturların hazırlığına xüsusi diqqət yetirilib ki, bu da tam hazırdır”.

Təşkilat Komitəsi turnirə daha çox yerli azarkeşlərin cəlb olunmağı məqsədilə dünya şou-biznesinin ulduzları – Cennifer Lopes, Şakira və Rihannanı dəvət edib. Onlar oyunların keçirdiyi Tofiq Bəhramov adına Respublika çıxış edəcək, müxtəlif mərasimlərdə, konsertlərdə iştirak edəcəklər. Lopes açılış oyununda, Rihanna oktyabrın 5-də 1/4 final, Şakira oktyabrın 13-də final matçında çıxış edəcək.

Qeyd edək ki, FİFA bu yarışın ölkəmizdə keçirilməyi ilə bağlı 2010-cu ilin martında qərar qəbul edib. Turnirin rəsmi şüarı “On bir ürək, on bir məqsəd”dir.