“Turan”da xorvatiyalı futbolçu - FOTO
03.08.2012 - 12:34
Premyer Liqaya “Kəpəz”lə oyunla start verəcək “Turan” heyətini komplektləşdirmək istiqamətində çalışmalarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi daha bir futbolçu ilə müqavilə imzalayıb.
Aftandil Hacıyev və Muammer Erdoğdunun gedişindən sonra arxa xətdə yaranan problemi yoluna qoymağa çalışan baş məşqçi Əsgər Abdullayev axtardığı futbolçunu Xorvatiyada tapıb. Belə ki, “Turan” Ante Zurakla münasibətlərini rəsmiləşdirib. O, qarşıdakı bir il ərzində əyalət təmsilçisinin müdafiəsində yer alacaq.
27 yaşlı müdafiəçi peşəkar karyerasına “Zadar” klubunda başlayıb. 2005/06-cı il mövsümündə bu komandanın formasını geyinən futbolçu növbəti iki ili “Medimurje”də keçirib. 52 oyunda meydana çıxan mərkəz müdafiəçisi bir qol vurmağı bacarıb. Zurak 2009/10-cu ildə “Şiroki Briyeq”də keçirib. 10 oyunda meydanda olub və bir dəfə rəqib qapıçını məyus edib.
2011-ci ildə “Sarçeşmeh”ə transfer olunan müdafiəçi 14 oyunda komandasına kömək edib. Futbolçunun sonuncu klubu “Qabela” olub. 11 matçda iştirak edən Ante Zurak bu dəfə “Turan”ın uğuru üçün tər tökəcək.

0
0