Premyer Liqa həyəcanı başlayır
03.08.2012 - 13:21
Premyer Liqada yaranan 84 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, 1992-ci ildə keçirilən milli çempionatımızda XXI mövsüm starta hazırlaşır. Ötən çempionatımız mayın 12-də yekunlaşdı və azarkeşlər 3 aydan sonra yenidən bu həyəcanı yaşayacaq. Ancaq “Neftçi” – “Bakı” oyunu təxirə salındığından, I tur tam baş tutmayacaq.
İlk oyun günündə matçlar əyalətdə, ertəsi paytaxtda olacaq. Gəncədə Qərb derbisi keçiriləcək. Vaxtilə çempionluq uğrunda mübarizə aparan “Kəpəz”lə “Turan” indi daha çox Premyer Liqada qalmaq uğrunda çalışırlar. Təsadüfi deyil ki, Gəncə və Tovuz klubları ötən çempionat 2-ci “altılıq”da çıxış edərək, mövsümü qonşu pillələrdə - müvafiq olaraq 10 və 11-ci yerlərdə bitirdilər.
Mövsümlərarası fasilədə heyətində böyük dəyişiklər edən “Simurq” iddiası artan “Qəbələ”ni qonaq edəcək. Elə qəbələlilər də keçən çempionat bitəndən sonra heyətlə bağlı böyük islahatlar etdi. Xeyli futbolçu, daha çox ehtiyatda qalanlarla yollarını ayıran “Qəbələ” fasilədə həm yerli, həm də əcnəbi transferlərə imza atdı.
“Sumqayıt”la AZAL da ötən çempionatdan “altılıq”dan bir-birlərini yaxşı tanıyır. Fərq ondadır ki, “təyyarəçilər” 2-ci “altılığ”ın çempionu olduğu halda, sumqayıtlılar sonuncu pilləni tutdu və Premyer Liqada yerini itirdi. Sadəcə, I divizion klubları AFFA-dan güclülər dəstəsində oynamaqla bağlı lisenziya ala bilmədiklərindən, Peşəkar Futbol Liqası “Turan”la “Sumqayıt”ı saxlamağa qərar verdi. Sumqayıtlılar mövsümlərarası fasilədə fəal oldular ki, AZAL da az futbolçu almadı.
Turun əsas oyunları Bakının qəsəbə stadionlarında baş tutacaq. “Xəzər Lənkəran” mövsümə səfərdə başlayaraq, “Rəvan”ın qonağı olacaq. Bakılıların türkiyəli yeni baş məşqçisi Cevat Gülər ölkəmizdə rəsmi debüt edəcək. Yeni futbolçular axtarışında olan “Xəzər Lənkəran” ilk tura öz oyunçuları ilə çıxmalı olacaq. Ancaq “transfer pəncərəsi” avqustun 31-də bağlanacağından, nəinki Lənkəran təmsilçisinin, bütün klubların hələ yetərincə vaxtı var.
Sözsüz ki, turun mərkəzi matçı “İnter”lə “Qarabağ” arasında olacaq. “Bankirlər”in “Şəfa” stadionu təmirdə olduğundan, hələ ki rəqiblərini AZAL-ın stadionunda qəbul etməlidir. “İnter” mövsümlərarası fasilədə heyətini xeyli gücləndirdikdən sonra çempionluğa əsas namizədlərdən sayılır. Avroliqada mübarizəni məğlubiyyətsiz başa vuran, yalnız oyun sonrası penaltilərdə uduzan “bankirlər”in rəqibi də çempionluğa iddialıdır. Bu dəfə Avroliqadan kənarda qalan “Qarabağ” son 3 ildə fərqli mövsümə daha yaxşı hazırlaşmaq imkanı oldu. Oyunları həmişə maraqlı keçən “İnter”lə “Qarabağ”ın budəfəki dueli startda komandaların potensialına aydınlıq gətirəcək.
Premyer Liqa, I tur
4 avqust
18:30 "Kəpəz" - "Turan"
Baş hakim: Əliyar Ağayev
Gəncə. Şəhər stadionu
19:00 "Simurq" - "Qəbələ"
Baş hakim: Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
20:00 "Sumqayıt" – AZAL
Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
5 avqust
20:00 "Rəvan" - "Xəzər Lənkəran"
Baş hakim: Vüsal Əliyev
Bakı. "Dalğa Arena" stadionu
20:00 "İnter" - "Qarabağ"
Baş hakim: Fariz Yusifov
Bakı. "AZAL Arena" stadionu

| komandalar | o | q | h | m | t | x | |
1 | Neftçi | 0 | 0 | 0 | 0 | 0 | 0 |
2 | Xəzər L | 0 | 0 | 0 | 0 | 0 | 0 |
3 | İnter | 0 | 0 | 0 | 0 | 0 | 0 |
4 | Qarabağ | 0 | 0 | 0 | 0 | 0 | 0 |
5 | Qəbələ | 0 | 0 | 0 | 0 | 0 | 0 |
6 | Bakı | 0 | 0 | 0 | 0 | 0 | 0 |
7 | AZAL | 0 | 0 | 0 | 0 | 0 | 0 |
8 | Rəvan | 0 | 0 | 0 | 0 | 0 | 0 |
9 | Simurq | 0 | 0 | 0 | 0 | 0 | 0 |
10 | Kəpəz | 0 | 0 | 0 | 0 | 0 | 0 |
11 | Turan | 0 | 0 | 0 | 0 | 0 | 0 |
12 | Sumqayıt | 0 | 0 | 0 | 0 | 0 | 0 |
0
0