“İnter” – “Qarabağ” oyununda ən populyar hesab
03.08.2012 - 13:30
Premyer Liqanın ilk turunda keçiriləcək “İnter” - “Qarabağ” oyunu sayca 28-ci olacaq. Apasport.az saytının məlumatına görə, bunadək 27 dəfə rəqib olan əyalət təmsilçiləri arasında 22 oyun çempionat, 5 matç kubok çərçivəsində keçirilib. “İnter”lə “Qarabağ” hərəyə 10 dəfə qələbə qazanıb, qalan 7 matç isə heç-heçə nəticələnib. Topların fərqi bərabərdir -21:21.
Komandalar ilk dəfə 2004-cü ilin noyabrında çempionatda üz-üzə gəlib. Həmin görüş 3:1 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ”ın duelində ilk qolun müəllifi həmin vaxt ikincilərində heyətində oynayan Vadim Vasilyev olub. Hücumçu bu qolu penalti zərbəsindən vurub.
Ötən mövsüm isə “Qarabağ”la “İnter” 4 dəfə üzləşib. İlk oyunda ağdamlılar 1:0 hesabı ilə qalib gəlib. İkinci və üçüncü oyunlar müvafiq olaraq 0:0 və 1:1 hesablı bərabərliklərlə nəticələnib. Dördüncü oyunda isə sevinən tərəf yenə "Qarabağ” olaraq, 1:0 hesabı ilə qalib gəlib.
Yeri gəlmişkən, bu komandaların oyunlarında ən populyar hesab məhz 1:0-dır. Belə nəticə 27 oyundan 15-də qeydə alınıb. Maraqlıdır ki, oyunların tarixində darmadağın qeydə alınmayıb. Yalnız iki dəfə komandalara bir-birini 2 top fərqi ilə qalib gəlmək müyəssər olub.
“İnter” çempionatda “Qarabağ”la oyunlarda üstünlüyə malikdir. Belə ki, bakılılar 6 dəfə rəqibini məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb, 2 dəfə ağdamlılar qələbə qazanıblar. Bu oyunlarda top fərqi “İnter”in xeyrinədir - 10:6.
Qeyd edək ki, "İnter" - "Qarabağ” matçı avqustun 5-də saat 20:00-da başlayacaq.
Mənbə: inter.az

0
0