AVRO-2012-də oynamış qapıçı “Neftçi”nin hədəfində
03.08.2012 - 13:39
Əsas qapıçısı Rauf Mehdiyevi transferə çıxaran “Neftçi” onu əvəzləyəcək futbolçu tapıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Yunanıstan millisinin qapıçısı Mihalis Sifakisə “elçi düşüb”.
PAOK-un şərəfini qoruyan əlcək sahibi “Neftçi” ilə yanaşı, Fransa, Almaniya, həmçinin vətənində digər klublardan təklif alıb. Lakin bu komandaların heç biri futbolçuya bakılılar qədər pul vermir. Belə ki, “ağ-qaralar” Sifakisə PAOK-dan daha çox pul təklif etməlidir. Çünki bu komanda ona 280 min avro verməyə hazırdır. Qapıçı isə 300 min istəyir.
AVRO-2012-nin final mərhələsində 3 oyun keçirən qapıçı daha çox pul qazanmaq məqsədilə “Neftçi”yə “hə” deyə bilər. Əks halda isə bakılılar Mehdiyevin əvəzinə başqa qapıçı tapmalı olacaq. Yunanla yanaşı, bu yerə “Xəzər Lənkəran”dan qovulan Kamran Ağayev də namizəddir.
Lakin Sifakisin Azərbaycana gələcəyi inandırıcı deyil Belə ki, o, “Neftçi”yə keçidində stimul görmədiyini bildirib. Qapıçı daha sanballı çempionatlarda çıxış etməyin tərəfdarıdır.

0
0