“Məşqçi heyət quranda, futbolçunun soyadına baxmır” - MÜSAHİBƏ
03.08.2012 - 14:06
“İnter” klubunun müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasındakı məğlubiyyətdən sonra komanda Premyer Liqaya köklənə bilibmi?
- Yunanıstandakı məğlubiyyətdən sonra komandada həqiqətən də ruh düşkünlüyü yaranmışdı. “Asteras” keçiləsi rəqib idi. Görünür, qismət belə imiş. Mübarizəni dayandırdıqdan sonra bir müddət istirahət etdik. Daha sonra baş məşqçi komanda üzvləri ilə söhbətində yunanlara məğlubiyyəti unutmağımızı istədi. O, heç də zəif çıxış etmədiyimizi vurğuladı. Sxadadze bizi dəstəklədi, penalti vura bilməyən futbolçulardan kimisə qınamadı. Çünki bu cür hal dünyanın ən yaxşı futbolçusunun da başına gələ bilər. Çempionata gəlincə, ciddi hazırlaşırıq. Bazar günü müsbət nəticə qazanacağımıza inanıram.
- “İnter” ilk turda “Qarabağ”la qarşılaşacaq. Rəqibin heyətində köklü dəyişiklik edilmədiyindən, yəqin ki onlara qarşı necə mübarizə aparacağınız müəyyənləşib...
- “Qarabağ”ı yaxşı tanıyırıq. Həm də açılış oyunları hər zaman çətin keçir. Ajiotaj olur. Çünki hər iki tərəf qələbə qazanmaq istəyir. Rəqib sözsüz ki, güclüdür. Sadəcə, üstünlüyümüz odur ki, Avropa Liqasında oynamışıq. Bu da oyun təcrübəsi baxımından üstünlükdür. Yəni, çempionata daha çox hazırıq.
- “Qarabağ”la qarşılaşmalar “İnter” üçün həmişə çətin keçib. Bu baxımdan, startda Ağdam təmsilçisini üstələyə biləcəksizmi?
- Bunu bilirəm. Amma hazırda “İnter” zəif komanda deyil. Yaxşı komplektləşmiş komandamız var. Ən əsası odur ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək.
- Baş məşqçi ilk “11-lik”də sizə yer verəcək?
- Heyət hələ bilinmir. Komandada rəqabət güclüdür. Baş məşqçi komandanı elə komplektləşdirib ki, hər mövqedə 2-3 futbolçu var. “İnter”də belə şey görməmişdim. Kimin oynayacağını heç kim deyə bilməz. Buna oyundan öncə keçiriləcək iclasda aydınlıq gələcək. Baş məşqçinin etimadını qazanmağa çalışıram. Heç kimdən zəif deyiləm. Şans verilsə, ürəklə oynayacam. Ehtiyatda qalsam, baş məşqçidən küsməyəcəyəm. Yəqin tam hazır deyiləm. Əksinə, məşqlərdə daha çox işləyəcəm.
- “İnter” müdafiə xəttini gücləndirmək üçün xeyli futbolçu transfer etdi. Əksəriyyəti də legionerdir. Onların gəlişi yerli futbolçuların yenidən kölgədə qalmasına səbəb olmayacaq ki?
- Gələnlərin hamısı səviyyəli futbolçulardır. Baş məşqçi onların hamısını iş başında yoxlayıb. Sxadadze özü müdafiəçi olub deyə, istəmir ki, arxa xətdə boşluq olsun. Yenilərdən biri Fransa, digəri İsveçrə çempionatında çıxış edib. Artıq komandaya tam uyğunlaşıblar. Bəli, müdafiədə güclü rəqabət var. Ancaq baş məşqçi heyət quran zaman kiminsə soyadına baxmır. Onun üçün oyun vacibdir.
- Yəqin ki, sabiq komandanız olan “Neftçi”nin “Hapoel”lə oyununu izləmisiniz. Çempionumuz nəyə görə böyük hesablı məğlubiyyətlə üzləşdi?
- Oyuna tam baxa bilməmişəm. Çünki məşqdə idik. Yalnız ikinci hissənin sonlarını izlədim. Rəqib “Neftçi”dən elə də güclü komanda deyildi. “Neftçi” 0:4 hesabı ilə uduzmamalı idi. Sadəcə, beynəlxalq oyunlarda gərək boşluq buraxmayasan. Bunu etdinsə, rəqib səni mütləq cəzalandıracaq. Azərbaycan çempionatı deyil ki, həmin boşluqları bağışlasınlar. Yəqin analiz edib, cavab oyununa qədər səhvləri aradan qaldıracaqlar. Bakıdakı oyunda “Neftçi” imicini qorumalıdır. Mərhələ adlayacaqları qeyri-realdır. Heç olmasa, qələbə qazanmaq mümkündür.
- “Neftçi”dən müdafiənin cinahlarına yeni oyunçu transfer edəcəklərinə görə ayrıldınız. Sol cinahda yer alan Bertuççi Brunonun çıxışını necə dəyərləndirirsiniz?
- Rəhbərlik Çempionlar Liqasında komandaya kömək edə biləcək futbolçu transfer etmək istəyirdi. Mən də buna görə komandadan ayrıldım. Brunoya gəldikdə, pis futbolçu deyil. Oyununu tam izləməmişəm, amma komanda 4 top buraxıbsa, deməli, bütün futbolçuların günahı var. Hər şeyi yalnız cinah müdafiəçisinin üstünə atmaq olmaz.

0
0