“Şalke”nin sabiq hücumçusu Azərbaycandan təklif alıb
03.08.2012 - 14:56
“Azərbaycan və Çin klublarından təkliflər almışdım. Lakin orada deyil, Avropada oynamaq istəyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Sevastopol” klubunun futbolçusu Besart İbraimi deyib.
Vaxtilə Almaniyanın “Şalke” klubunda oynamış Makedoniya millisinin hücumçusu karyerasını Ukraynada davam etdirməsinin səbəbini açıqlayıb. İbraimi bildirib ki, aldığı təkliflər arasında Azərbaycan təmsilçiləri də olub: “Bilirdim ki, Ukraynada futbol çox sevilir. Üstəlik, bu ölkənin komandaları daim Çempionlar Liqası və Avropa Liqasında oynayır. Burada, Avropada oynamaqla futbolçu kimi də inkişaf edə bilərəm. Həm də Makedoniya yığmasının məşqçilərinin diqqət mərkəzində olacağam”.

0
0