Slavço Georgiyevski: Sanki öz evimdəyəm - MÜSAHİBƏ
03.08.2012 - 16:06
“İnter” klubunun makedoniyalı futbolçusu Slavço Georgiyevskinin apasport.az saytına müsahibəsi
- Sabah startı veriləcək növbəti Azərbaycan çempionatında “İnter”in şərəfini qoruyacaqsınız. Düzdür, bu komandada ilk oyununuz Avroliqada reallaşsa da, avqustun 5-də çempionatda debüt edəcəksiniz. Nə gözləyirsiniz?
- İndidən fikir bildirmək tezdir. Proqnoz vermək lazım deyil, çünki çempionatın hələ əvvəlidir. Ümid edirəm ki, hər şey “İnter” üçün uğurlu olacaq. Mövsümün bizim üçün yaxşı keçməsini, yaxşı nəticə qazanmağımızı, bir sözlə, çempion olmağımızı istəyirəm. Bu, bizim arzumuzdur.
- Bundan öncə ölkəmizdə oynadığınız hər 2 mövsümdə “Neftçi”nin heyətində çempion olmusuz. Deməli, ardıcıl 3-cü dəfə qızıl medal qazanmağa yaxşı stimul var...
- Elə bir futbolçu tapılmaz ki, çempion olmaq istəməsin. Ancaq hələlik çempionluq haqda danışmaq tezdir. Startda danışmaq yox, qarşıdakı oyunlar haqda düşünmək lazımdır. İndi “Qarabağ”la oynayacağıq, bu matç haqda fikirləşirik.
- Mövsümlərarası fasilədə bir neçə futbolçu ilə vidalaşıb, yenilərini heyətə qatan “Qarabağ”dan nə gözləyirsiniz?
- Bütün komandalar heyətlərini dəyişirlər, futbolçuları gedir, yeniləri gəlir. Hansısa komandanın zəiflədiyi, yoxsa gücləndiyi haqda danışmaq hələ tezdir. Hər rəqiblə oynamaq olar. Komandanın fərqi yoxdur. Düşünürəm ki, “Qarabağ” həmişə yaxşı futbol nümayiş etdirir və bu il də belə olacaq. Oyun bizim üçün çətin keçəcək. “Qarabağ” güclü komandadır, yaxşı ötürmə ilə oynayır. Baş məşqçiləri xeyli vaxtdır bu komandada çalışır və işini düzgün görür. Komanda da bu müddətdə güclü oyun göstərir. Ancaq istənilən halda, biz onu məğlub etməyə çalışacağıq. Sadəcə, qələbə istəyimizə çatmaq üçün ehtiyatlı, səliqəli oynamaq lazımdır. Allah eləsin ki, biz “Qarabağ”a qalib gəlib, mövsümə uğurla başlayaq.
- Avroliqada “Asteras”la Yunanıstandakı qarşılaşmada oyunsonrası penaltiləri vura bilməyən futbolçulardan biri də siz idiz. Bu, uğursuzluqdan sonra psixoloji durumunuz qaydasındadır?
- Penaltini vura bilməməyim normal şeydir. Təəssüf ki, belə alındı və komandama qalib gəlməyə kömək edə bilmədim. Ancaq fikrimcə, 120 dəqiqəni yaxşı oynadım. Sadəcə, penalti lotereya kimi bir şeydir. Bunu vurub-vurmamağım 50-nin 50-dir. Penaltini yerinə yetirməməyim 2-3 gün təsir elədi. Ancaq bundan sonra artıq uğursuzluğu unutmuşam. Komandada tövsiyə elədilər ki, bunu unudum, ciddi narahatlıq keçirməyim. Həyat davam edir. Növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağam ki, “İnter” Azərbaycan çempionatında uğurlu çıxış etsin.
- Çempionatda penalti vurmaq lazım olsa, zərbəni yerinə yetirəcəksiniz?
- Buna mən yox, baş məşqçi qərar verəcək. Desə penaltini vur, vuracam.
- Yəni, sizdə penalti vurmamaqla bağlı sindrom yoxdur?
- Yox, niyə ki olsun? Dahi futbolçular da penalti vura bilməyiblər. Hətta Ronaldo, Maradona da. Başa düşürsünüz, mən penaltini vura bilməyən nə birinci, nə də sonuncu futbolçuyam. Baş məşqçi nə qərar versə, onu icra edirik.
- Artıq bir müddətdir “İnter”dəsiniz. Komandadakı durumu, atmosferi necə dəyərləndirərdiniz?
- Bu haqda danışıb, “Neftçi” ilə müqayisə aparmağım yaxşı çıxmaz. Onu deyə bilərəm ki, “İnter”ə gəlişimdən çox məmnunam. Burada baş məşqçinin necə işləməyi, futbolçudan nə istədiyi xoşuma gəlir. Xoş münasibət gördüm. Ciddi deyirəm, sanki öz evimdəyəm.
- Deməli, “İnter”ə keçidinizə görə peşman deyilsiniz...
- Yox. Amma “Neftçi” haqda danışmayacağam. İndi yalnız “İnter” haqda düşünürəm və gördüklərimdən razıyam. Ümid edirəm ki, komandaya köməyim dəyəcək. “Neftçi”yə gəlincə, bu, artıq keçmişdə qalıb. İndi növbəti çempionat başlayır və görək “İnter”də çıxışım necə olacaq.
- Deyilənlərə görə, “Neftçi”dən maddi məsələlərə görə ayrılıb, daha yaxşı təklif aldığınız “İnter”ə keçməyə üstünlük vermisiniz. Bu, belədir?
- Belə şayiələri yayan insanlar düzgün hərəkət etmirlər. Pul haqda heç vaxt danışmamışam, danışmayacağam da. Sadəcə, bir söz var - hörmət. Əsas budur. Bu, varsa, pul böyük rol oynamır.
- “Neftçi”nin Çempionlar Liqasında çıxışını, İsraildə “Hapoel”ə 0:4 hesabı ilə uduzduğu oyun haqda nə deyə bilərsiniz?
- Bu haqda da danışmayacağam. Çünki mənim işim deyil. “Neftçi”nin rəhbərliyi, məşqçiləri, futbolçuları var.
- “Neftçi”də birgə oynadığınız həmyerliniz İqor Mitreski bu məğlubiyyətdən sonra transferə çıxarıldı. Bunu necə qarşıladınız?
- Bu, onların qərarıdır. Nə deyə bilərəm ki? Onu deyə bilərəm ki, İqora görə üzülürəm. Mitreski peşəkar futbolçudur, o da bu komanda üçün çox şey edib. Nə baş verib, aralarında nə problem olub, bilmirəm. Heç İqorla bu haqda danışmamışam, hətta bu haqda soruşmayacağam da. Qoy, özləri öz problemlərini müzakirə etsinlər. Sadəcə, İqora, Rail Məlikova, Rauf Mehdiyevə görə üzülürəm. Onu deyə bilərəm ki, “Neftçi”də 2 il birgə oynadığım futbolçuların hamısı mənim üçün qardaş kimidir. Mən həmişə onlara hörmət edəcəyəm. Necə ki indi “İnter”də vəziyyət belədir. İndi yeni komandam var və “İnter” haqda danışa bilərəm.

0
0