Baranin yenidən Premyer Liqamızda
03.08.2012 - 16:21
Baranin yenidən Premyer Liqamızda
“Kəpəz” “Turan”la oyun öncəsi növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi ötən mövsümün sonunda “Qəbələ”dən kənarlaşdırılan Lyubo Baraninlə güclənib.

Serbiyalı müdafiəçi “Kərəz”lə 1 illik müqaviləyə imza atıb. Bu gün gecə saatlarında yeni komandasının düşərgəsinə qoşulacaq futbolçunun “Turan”la qarşılaşmada meydana çıxıb-çıxmayacağı sual altındadır. Çünki yol yorğunu olacaq Baraninin hansı formada olduğu da bilinmir.

Qeyd edək ki, son 4 ili “Qəbələ”nin heyətində keçirən Baranin əsasən uzun aut atışları ilə diqqət mərkəzində olub. Qəbələ təmsilçisi də məhz oyunu daha çox onun bu bacarığı üzərində qururdu.