Premyer Liqada maraqlı tendensiya
03.08.2012 - 16:30
Premyer Liqada ardıcıl 3-cü mövsümdür startla bağlı maraqlı tendensiya yaranıb. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümündən bu yana çempionatımızda mübarizə Gəncədə başlayır. Yəni bu şəhər 2010-cu ildə güclülər dəstəsinə qayıdandan sonra ilk turda başlanğıc orada olur.
Premyer Liqaya dönəndə “Gəncə” adlanan komanda 2010-cu ilin avqustun 7-də oynayaraq, evdə “Simurq”la 1:1 hesablı bərabərliyə qaldı. Onda gəncəliləri Fuad İsmayılov çalışdırırdı. Ötən ilin avqustun 6-da start “Kəpəz” – “Rəvan” oyunu ilə verildi. Artıq həmin vaxt tarixi adını qaytaran, baş məşqçisi ən böyük uğurlarını qazandığı Mehman Allahverdiyev olan komanda çempionatda 3:2 hesablı əzmkar qələbə ilə başladı.
İndi Gəncə klubunun baş məşqçisi yenidən İsmayılovdur və start avqustun 4-də “Turan”la ev oyunu ilə veriləcək. Əslində, sabah 3 matç olsa da, Gəncədəki saat 18:30-da başlayacağından, ən erkəndir. Gördüyünüz kimi, Nizami yurdunun təmsilçiləri hələ ki startda uduzmur. Ənənənin sabah da davam edəcəyini final fitindən sonra biləcəyik.

0
0