Çempionat sensasiya ilə başladı - YENİLƏNİB
04.08.2012 - 20:00
Çempionat sensasiya ilə başladı - YENİLƏNİB
Bu gün Premyer Liqada 2012/13 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə baş tutan hər 3 matç paytaxtdan kənarda keçirilib. Bu qarşılaşmalardan ikisi heç-heçə, digəri qonaqların qələbəsi ilə yekunlaşıb.

Startın verildiyi Gəncədə “Kəpəz”lə “Turan” tarixi derbiyə çıxıb. Oyunda ev sahibləri hesabı açaraq, XXI çempionatın ilk qolunu vursalar da, üstünlüyünü qoruya bilməyiblər. Onlar tovuzluların 2 dəqiq zərbəsi qarşısında aciz qalıblar və Premyer Liqaya məğlubiyyətlə başlayıblar. Bunu isə mövsümün ilk sensasiyası saymaq olar.

Heyətində böyük dəyişiklər edən “Sumqayıt”la AZAL birincilərin meydanında qarşılaşıb. Məhsuldarlığı ilə diqqət çəkən görüşdən tərəflər 1 xalla ayrılıblar.

Zaqatalada gərgin mübarizə şəraitində keçən “Simurq”la “Qəbələ”nin duelində də qalib müəyyənləşməyib.

4 avqust
"Simurq" - "Qəbələ" - 1:1
QOLLAR: İlkin Qırtımov, 66 - Dejan Kelhar, 21
QIRMIZI VƏRƏQƏ: Ürfan Abbasov (Qəbələ), 84
Baş hakim: Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

"Kəpəz" - "Turan" - 1:2
QOLLAR: İrakli Bereya, 13 - Murad Ağakişiyev, 39; Azər Məmmədov, 75
Baş hakim: Əliyar Ağayev
Gəncə. Şəhər stadionu

"Sumqayıt" – AZAL - 2:2
QOLLAR: Orxan Əliyev, 45; Pərdis Fərcad-Azad, 59 - Cavid Tağıyev, 15; Zohair Benouahi, 72
Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Qeyd edək ki, I turun daha 2 oyunu sabah keçiriləcək. Həmin gün saat 20:00-da “Rəvan” – “Xəzər Lənkəran” və “İnter” – “Qarabağ” oyunları keçiriləcək. “Neftçi” – “Bakı” isə təxirə salınıb.