“Yerli futbolçular harda pul varsa, ora qaçırlar” - MÜSAHİBƏ
03.08.2012 - 23:02
“Kəpəz” klubunun kapitanı Azər Məmmədovun apasport.az saytına müsahibəsi
- Komandanızda gedən futbolçuların sayı gələnlərdən çoxdur. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Bəli, mövsümlərarası fasilədə gedənlərin sayı daha çox oldu. Onların arasında legionerlər üstünlük təşkil edirdi. Belə götürsək, həmin legionerlər tam olaraq komandaya fayda vermirdilər. Əvəzində 4 legioner gətirmişik. Qapıçı yoldaşlıq oyunlarında yaxşı təsir bağışladı. Digər futbolçu isə müdafiəçi Lyubo Barnindir. Onu da tanıyırsız. Eyni zamanda, əvəzedici komandadan 4 yerli uşaq götürülüb. Bu gün səviyyəli yerli oyunçular imkanlı klublara gedirlər. Bizim maliyyə imkanlarımız həmin iddialılarla müqayisədə bir qədər aşağıdır. Komandanı tərk edən futbolçulardan Ceyhun Sultanov, Sabir Allahquliyev, Elşən Poladov bizə xeyli köməyi dəyirdi. Yenə deyirəm, azərbaycanlı uşaqlar harda pul var, ora gedirlər. Buna görə onları qınamıram da.
- Lyubo Baranin “Turan”la qarşılaşmada iştirak edəcəkmi?
- Baranin hələ komandaya qoşulmayıb. Buna görə də “Turan”a qarşı oynayıb-oynamayacağı bilinmir. Baranindən başqa, Beraya qardaşları də bizim komandadadır. Həm İrakli, həm də Qoqa əvvəllər burda oynayıblar və hər ikisi yerli azarkeşlərin sevimlisidirlər.
- “Turan”la oyun haqda nə düşünürsüz? “Qərb derbisi” hər zaman gərgin və prinsipial keçir...
- Düzdür, Azarkeşlər bizə deyirlər ki, çempionatdakı bütün komandalara uduzun, amma “Turan”ı məğlub edin. Biz də futbolu onlara görə oynayırıq. Təsəvvür edin, bu gün iddialı olmasaq da, ən çox azarkeş ordusuna malik klublardanıq. Onlar bizi yenə dəstəkləyirlər. Mövsümün ilk oyunu olduğundan çətin keçəcək. Udmaq lazımdır. Çünki sonra ağır oyunlarımız var. Qələbə qazansaq, komandada özünəinam da artacaq. Əlbəttə, “Turan” Gəncəyə uduzmaq üçün gəlmir. “Qərb derbisi”nin yenə gərgin keçəcəyini düşünürəm.
- Bəs Tovuz və Gəncə azarkeşləri arasındakı bu prinsipiallıq nədən qaynaqlanır?
- Bunun öz tarixi var. 1994-cü ildə Gəncədə keçirilən oyun zamanı dava düşmüşdü. O vaxt “OMON” vardı, onların üzvləri də meydançaya girdilər. Futbolçular döyüldülər. Həm də adətən qonşu rayon təmsilçiləri arasında intriqa olur. Əvvəllər “Şəmkir”lə matçda da bu gərginlik hiss olunurdu.
- Kənardan “Kəpəz”in çempionatda qalmaq uğrunda oynayacağı hiss olunur. Bu fikirlə razısınızmı?
- Kənardan elə görünə bilər. Amma kim istəyər ki, I divizionda oynasın? Və ya kim istəməz Avropa Liqasında mübarizə aparmasın? Bu il “Kəpəz”i udmaq asan olmayacaq. Biz çempionatda qalmaq uğrunda oynamırıq. Hədəfimiz daha böyükdür.
- Özünüz necə, 90 dəqiqə oynamağa hazırsınızmı?
- Onu deyim ki, bu karyeramda sonuncu ildir. Nə bacarsam, kömək edəcəm. Məşqçi məsləhət bilsə, meydana çıxacam. Hələ ki, oynamağa gücüm var.

0
0