AZAL-ın futbolçularından xeyirxah addım - FOTOSESSİYA
03.08.2012 - 17:56
AZAL-ın futbolçularından xeyirxah addım - FOTOSESSİYA
AZAL klubunun futbolçuları xeyriyyə tədbirində iştirak ediblər. Apasport.az saytının xəbərinə görə, onların təşəbbüsü ilə köməyə ehtiyacı olan uşaqlara yardım paylanılıb.

Məkan kimi Şağan qəsəbəsində yerləşən 3 saylı internat məktəbi seçilib. Əqli cəhətdən zəif inkişaf edən uşaqların məskunlaşdığı bu xeyriyyə ocağında uşaqlarla görüşən AZAL üzvləri onların problemləri ilə maraqlanıb, geyim və digər hədiyyələr paylayıblar.