Sadıq Sadıqov: Sərt addımlar atılmasa, futbolda inkişaf olmayacaq - MÜSAHİBƏ
03.08.2012 - 23:04
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Komandanız Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda İsraildə “Hapoel”ə böyük hesabla uduzdu. 0:4 hesabı ilə məğlub olduğunuz qarşılaşma barədə nə deyə bilərsiniz?
- Belə oyuna, nəticəyə görə xalqdan üzr istəyirəm. İsrailə uduzmağa getməmişdik. Amma nə isə alınmadı. Bir çox çatışmazlıqlar var idi ki, onları əvvəlcədən görə bilmirdik. Görsəydik, belə olmazdı.
- 0:4 hesablı məğlubiyyətə səbəb nə idi?
- Müdafiənin demək olar yox səviyyəsində olması, komandanı uçuruma apardı. Rəqib elə də güclü oynamadı. Komandamızı sıxmamışdı da. Sadəcə, müdafiə xətti çox zəif oynadı. “Neftçi” oynadı, amma rəqib qol vurdu. Qolların 4-ü də müdafiəçilərin kobud səhvindən oldu. Bu məğlubiyyəti belə dəyərləndirirəm.
- Müdafiə xəttindən narazılıq etdiniz. Yarış öncəsi müdafiəçi almaq olmazdımı?
- Rail Məlikovla İqor Mitreskinin ötən mövsüm oynadığı oyunlar bizə əminlik verirdi ki, bu xətdə 1 transfer kifayətdir. Həm maliyyə baxımından, həm futbolçunun səviyyəsi baxımından yaxşı oyunçu transfer çətin olsa da biz bunu etdik. Bruno Bertuççini heyətimizə qatdıq. İqordan belə səhvlər gözləmirdik. Onun elə təcrübəsinə baxmayaraq, gənc Elvin Yunuszadə ondan yaxşı oynadı. Həm də ona görə legioner müdafiəçi götürmədik ki, komandamızın öz yetirməsi olan gənclərə şans verə bilək.
- Ruslan Abışovun komandanı tərk etməsi oyununuza nə dərəcədə təsir edir?
- Ruslanın gedişi bizim üçün həqiqətən sürpriz oldu. Son günədək yanımızda idi. Yığmanın düşərgəsində Andorra ilə oyuna getmişdi. İnanmazdım ki, Ruslan “Neftçi”ni tərk edib getsin. Bizim üçün gözlənilməz oldu və bəzi çətinliklər yaratdı. Bilsəydik Abışov gedəcək, Denis Silvanı saxlayardıq. Ruslanın olduğunu düşündüyümüzdən braziliyalı müdafiəçiyə ehtiyac duymadıq. Ruslan qərarını verəndə isə biz artıq Denisi yola salmışdıq. Lakin Ruslandan narazılığımız yoxdur. Ona uğurlar arzulayırıq.
- “Hapoel”lə cavab görüşündə nəyə ümid edirsiniz?
- Ümidimizi itirməmişik. Azarkeşlərdən, jurnalistlərdən dəstək gözləyirəm. Bu idmandır, futboldur. Hər şey ola bilər. “Neftçi” nəyə qadir olduğunu avqustun 8-də göstərməlidir. İlk oyundan sonra komandada islahatlar aparıldı, cavab matçından sonra da aparılacaq. Klub prezidenti kimi bəyan edirəm ki, futbolçuların heç bir problemi yoxdur. Onlar borcludurlar ki, meydana çıxıb Azərbaycan futbolunun inkişaf etdiyini dünyaya göstərsinlər, xalqımızı sevindirsinlər. Belə məğlubiyyətdən sonra adam evdəkilərin üzünə belə baxa bilmir. Futbolçularla söhbət etmişik, demişik ki, səfərdə 0:4 hesabı ilə uduzmusuzsa, cavabını Bakıda verməlisiniz.
- Artıq 3 futbolçu komandadan kənarlaşdırılıb. Rail Məlikov, Rauf Mehdiyev və İqor Mitreskinin qovulması ilə bağlı nə düşünürsünüz?
- Oyundan dərhal sonra İsraildə məşqçilərlə görüş keçirdik. Onların fikirlərini dinlədim. Amma qərarı Bakıya saxladım. Gəldikdən sonra mütəxəssislərə, məşqçilərə oyunu bir daha izləyib qollarda ən çox günahı olanları müəyyənləşdirməyi tapşırdım. Onların fikrinə əsasən, həmin 3 futbolçunu transferə çıxardıq.
- Rauf yaşlı qapıçıdır. Onu deyil, daha gənc Saşa Stamenkoviçi oynatmaq olmazdı?
- Olardı, olardı və yenə də olardı. “Zestafoni” ilə Gürcüstanda keçirilən oyundan sonra mən də elə düşünürdün ki, növbəti qarşılaşmalarda Stamenkoviç duracaq. Lakin məşqçilər, qapıçılarla işləyən məşqçi var. Onlar baş məşqçi ilə də məsləhətləşib belə qərar verdilər. Mən prezident olaraq onların işinə qarışa bilmərəm. Heyətlə bağlı onlar qərar verir. Oyun göstərdi ki, məşqçilər çox böyük səhvə yol veriblər. Penaltini demirəm, digər 3 qolda Raufun da səhvi vardı.
- Maraqlıdır, Rail Məlikov indi yox, Arif Əsədovun baş məşqçiliyi dövründə “Neftçi”nin formasını yerə çırpan zaman niyə qovulmadı?
- O vaxt kluba yeni gəlmişdim. Railin hörmətsizlik etdiyini yox, emosiyalara qapıldığını düşünərək, ona növbəti şans verdik. Lakin insan işlədikcə görür, təcrübəsi artır, püxtələşir. Bundan sonra belə səhvlər olmayacaq. Bundan sonra hər kəsin səhvi oyundan sonra özünə deyiləcək, ciddi cəzalanacaq. Sərt addımlar atılmasa, Azərbaycan futbolunda inkişaf olmayacaq.
- Onların yoxluğunu kiminlə unutduracaqsınız?
- “Neftçi”nin gənc oyunçuları var. Tərlan Quliyev, Kərim Diniyev və başqaları. Heyətimizi həmin perspektivli futbolçularla gücləndirəcəyik.
- Rauf Mehdiyevin mövqeyinə namizədlər kimi Kamran Ağayev və yunan qapıçının adı hallanır...
- Vallah-billah, səmimi deyirəm, Kamranın marağında deyilik. “Xəzər Lənkəran” bizim ən sevimli klublarımızdandır. Kamran da yaxşı qapıçıdır. Həmişə demişəm ki, onun dili varsa, dilçəyi də var. Ağayevin ordan getməsi həmin klubun işidir. Buna bir az təəssüfləndim. Lakin biz onunla maraqlanmırıq. Saşamız, əvəzedici komandadan götürdüyümüz gənc qolkiperimiz var. 17-18 yaşlı bu qapıçın Avstriya toplanışına da aparmışdıq.
- Mahir Şükürovun da komandanıza keçəcəyi barədə xəbərlər yayılıb...
- Bir prezident kimi, belə bir söhbətin olmadığını bilirəm.
- Futbolçular cəzalandı. Bəs məşqçilər korpusu ilə bağlı qərar verilə bilər?
- Bilirsiniz ki, bizim baş məşqçimiz xəstədir. Oyundan 1 gün əvvəl əməliyyat olunub. Əməliyyat da uğurlu alınıb. Böyükağa Hacıyev 3-4 günə komandanın yanında olacaq. Onun yoxluğunda komandanı gənc məşqçilər çalışdırırlar. Məşqçilərimizdə heç bir günah görmürəm.

0
0