Azərbaycan kubokunun finalçısı federasiya prezidenti olur
03.08.2012 - 18:55
Azərbaycan kubokunun finalçısı federasiya prezidenti olur
Bakının “İnter” klubunun sabiq baş məşqçisi Anaroli Konkov Ukrayna Futbol Federasiyasının prezidenti olacaq. Apasport.az saytının məlumatına görə, vu posta namizədlərin qeydə alınması artıq başa çatıb. 2004-06-cı illərdə Azərbaycanda çalışan futbol veteranı isə yeganə namizəd olub. Bu isə onun prezident seçkilərində qalib gələcəyini qaçılmaz edir. Ukrayna Futbol Federasiyasının hesabat seçki konqresi isə sentyabrın 2-də Kiyevdəki “Futbol Evi”ndə keçiriləcək.