AZAL kapitansız qaldı
03.08.2012 - 23:10
AZAL kapitansız qaldı
AZAL şok itki ilə üzləşib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib. O bildirib ki, Türkiyə toplanışının bir qisminə qatılmayan kapitan Aqil Nəbiyevin zədəsi olduqca ciddidi: "Aqilin birinci turda oynamayacağı dəqiqdi. Ümumiyyətlə, o ən azından 3 həftə yaşıl meydançalardan kənarda qalacaq. Lakin biz onun tez bir zamanda geri dönməsi üçün əlimizdən gələni edirik. Ümidvaram ki, Aqil tez dönəcək".

Qeyd edək ki, Aqilin yoxluğunda kapitan sarğısı qapıçı Cahangir Həsənzadəyə veriləcək.