Görüş və şərt
03.08.2012 - 23:15
"Bakı"nın yeni baş məşqçisi Bojidar Bandoviç Premyer Liqanın yeni mövsümünün startı ərəfəsində klub rəhbərliyi ilə görüş keçirib. Apasport.az saytının xəbərinə görə, serbiyalı mütəxəssis komandanın prezidenti Hafiz Məmmədova çempionata hazırlıq və komandanın üzvləri barədə məlumat verib.
"Zolaqlılar"ın prezidenti isə öz növbəsində Bandoviçin diqqətinə çatdırıb ki, komanda növbəti mövsümdə həm çempionatda, həm də ölkə kubokunda ən güclü olmaq üçün mübarizə aparmalıdı. Görüşdə həmçinin əsas komandanın sıralarındakı gənc futbolçuların sayını daha da artırmaq barədə qərar qəbul olunub.
Bunun üçün Bandoviçin qarşısına "Bakı"nın futbol akademiyasının yetirmələrinin çıxışını mütəmadi izləmək tələbi qoyulub.

0
0