Murad Hüseynov özünə klub tapdı
03.08.2012 - 23:17
Murad Hüseynov özünə klub tapdı
Milli komandamızın üzvü Murad Hüseynov özünə yeni klub tapıb. Apasport.az saytının xəbərinə görə, milliləşdirilmiş futbolçu karyerasını "Sumqayıt"da davam etdirəcək.

"Qəbələ"nin transferə çıxardığı hücumçu dünən "gənclik şəhəri" təmsilçisi ilə müqavilə bağlayıb. Anlaşmaya əsasən o, bir il "Sumqayıt"ın formasını geyinəcək.