“Qəbələ” məğlubiyyətlə başladı
03.08.2012 - 22:45
“Qəbələ” məğlubiyyətlə başladı
Bu gün keçirilən 3 oyunla əvəzedici heyətlərin növbəti Azərbaycan birinciliyi başlayıb. Apasport.az saytının məlumatına görə, ilk gündə yalnız "Simurq" qələbə qazanıb, digər 2 matç heç-heçə bitib: "Sumqayıt" - AZAL 3:3, "Simurq" - "Qəbələ" 2:1, "Kəpəz" - "Turan" 1:1.