Birinci “qırmızı”
04.08.2012 - 20:04
Birinci “qırmızı”
Azərbaycan çempionatının XXI mövsümünün ilk qırmızı vərəqəsini “Qəbələ”nin futbolçusu Ürfan Abbasov alıb. Apasport.az saytının məlumatına görə, o, “Simurq”la Zaqatalada baş tutan matçda cəzalandırılıb.

Hakim Abbasovu qarşılaşmanın 84-cü dəqiqəsində meydandan kənarlaşdırıb.

Qeyd edək ki, bu matç 1:1 hesabı ilə bitib.