Əsgər Abdullayevin qələbə şərhi
04.08.2012 - 20:33
Əsgər Abdullayevin qələbə şərhi
“İyul 10-dan məşqlərə başlamışıq. Prinsipimiz əsasən gənc futbolçulara üstünlük verməkdir”. Apasport.az saytının məlumatına görə, bunu “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.

Azərbaycan Premyer Liqasının I turunda “Kəpəz”in qonağı olan Tovuz təmsilçisi sensasiyaya imza atıb. Oyunda hesabı ilk açan tərəf ev sahibi komanda olsa da, “Turan” əzmkarlıq göstərərək 2:1 hesabı ilə qalib gəlib. Abdullayev bildirib ki, yetirmələrindən razı qalıb: “Oyunun başlanğıcında da göründü ki, futbolçular arasında anlaşma istənilən səviyyədə deyil. İlk qolu biz buraxsaq da, daha sonra komanda yaxşı oyun göstərdi və qalib gəldik”.