“Xəzər Lənkəran” və “İnter”dən heç-heçə
05.08.2012 - 21:01
“Xəzər Lənkəran” və “İnter”dən heç-heçə
Premyer Liqada 2012/13 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk tur sülhsevərliyi ilə yadda qalıb. Belə ki, keçirilən 5 oyunda 4-də heç-heçə qeydə alınıb.

Turun yeganə qələbəsi isə açılış oyununda olub. Özü də bunu ötən mövsüm Premyer Liqanın autsayderlərindən, I diviziona düşmək təhlükəsi olan “Turan” qazanıb. Keçən çempionatı 11-ci yerdə bitirən Tovuz təmsilçisi “Kəpəz”lə səfər matçında əzmkar qələbə qazanıb.

Nəticədə “Turan” ilk turdan sonra 3 xalla turnir cədvəlində vahid liderdir. Qalan komandalar, o cümlədən iddialılar ilk turda heç-heçə etdiklərindən 1 xalla sonrakı pillələrdə yer alıb. “Kəpəz” uduzduğundan, “Neftçi” ilə “Bakı” isə ilk turda oynamadığından, hesablarında xal yoxdur.

Qeyd edək ki, 2-ci turun oyunları avqustun 10-da və 11-də keçiriləcək.

5 avqust
"Rəvan" - "Xəzər Lənkəran" - 1:1
QOL: Salliu Bundu, 10 - Branimir Subaşiç, 55
Baş hakim: Vüsal Əliyev
Bakı. "Dalğa Arena" stadionu

"İnter" - "Qarabağ" - 1:1
QOLLAR:Baçana Sxadadze, 88 - Muarem Muarem, 37
Baş hakim:
Fariz Yusifov
Bakı. "AZAL Arena" stadionu

4 avqust
"Simurq" - "Qəbələ" - 1:1
QOLLAR: İlkin Qırtımov, 66 - Dejan Kelhar, 21
QIRMIZI VƏRƏQƏ: Ürfan Abbasov (Qəbələ), 84
Baş hakim: Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

"Kəpəz" - "Turan" - 1:2
QOLLAR: İrakli Bereya, 13 - Murad Ağakişiyev, 39; Azər Məmmədov, 75
Baş hakim: Əliyar Ağayev
Gəncə. Şəhər stadionu

"Sumqayıt" – AZAL - 2:2
QOLLAR: Orxan Əliyev, 45; Pərdis Fərcad-Azad, 59 - Cavid Tağıyev, 15; Zohair Benouahi, 72
Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Qeyd edək ki, “Neftçi” – “Bakı” isə təxirə salınıb.

komandalar o q h m tx
1
Turan110023
2
Xəzər L101011
3
Qarabağ101011
4
AZAL101021
5
İnter101011
6
Qəbələ101011
7
Rəvan101011
8
Sumqayıt101021
9
Simurq101021
10
Neftçi000000
11
Bakı000000
12
Kəpəz100110