“Növbəti oyunlarda səhvlər buraxmamağa çalışacağıq”
04.08.2012 - 23:10
“Hər iki komandanı bir xal qazanması münasibəti ilə təbrik edirəm. Biz qol imkanlarından yaxşı istifadə edə bilmədik. Müdafiəçilərimiz kobud səhvlər buraxdılar”. Apasport.az saytının məlumatına görə, bunu AZAL klubunun məşqçisi Şakir Qəribov deyib.
Premyer Liqanın I turunda “Sumqayıt”ın qonağı olan və görüşdən 1 xalla ayrılan (2:2) Bakı təmsilçisinin çalışdırıcısı növbəti oyunlarda daha yaxşı çıxış edəcəklərinə inanır: “Hesabda geri olmağımıza baxmayaraq bərabərlik qolunu vura bildik. Amma komandadan razıyam. Heyətdə 18 nəfər dəyişiklik olub. Bu futbolçular heç 20 gün deyil bir yerdədilər. Növbəti oyunlarda səhvlər buraxmamağa çalışacağıq".

0
0