Bernhard Raab bəxtdən şikayətləndi
04.08.2012 - 23:11
Bernhard Raab bəxtdən şikayətləndi
"AZAL oyun baxımından bizdən güclü idi. Komandam yaxşı mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab Premyer Liqanın I turunda AZAL-la heç-heçə (2:2) etdikləri oyundan sonra deyib.

Almaniyalı mütəxəssisin sözlərinə görə, məcburi əvəzləmələr sistemlərinin pozulması ilə nəticələnib: “Bəxtimiz gətirmədi ki, iki futbolçumuzu əvəz etmək məcburiyyətində qaldıq. Bununla da oyun sistemimiz pozuldu. İlk matçda bir xal qazana bildik. Komandamdan razıyam".