“Hapoel” Bakıya qalib kimi gəlir
05.08.2012 - 12:19
“Hapoel” Bakıya qalib kimi gəlir
Çempionlar Liqasının III təsnifat mərhələsində “Netfçi”nin rəqibi olan İsrailin “Hapoel” klubu Bakıya qalib kimi gələcək. Apasport.az saytının məlumatına görə, Kiryat-Şmona təmsilçisi yoxlama oyununda yerli “Bney Saxnin”lə qarşılaşıb.

İlk oyunda “ağ-qaralar”ı 4:0 hesabı məğlub edən israillilər yoldaşlıq görüşündə də qələbə qazanıblar. Onlar rəqiblərinin qapısından 2 cavabsız qol keçiriblər.

Qeyd edək ki, “Neftçi” “Hapoel”lə cavab matçına avqustun 8-də çıxacaq.