Yunis Hüseynov: Öz səhvimizin nəticəsində qapımızda qol gördük
05.08.2012 - 23:34
Yunis Hüseynov: Öz səhvimizin nəticəsində qapımızda qol gördük
“Çempionatın başlaması münasibətilə bütün futbolçuları və komandaları təbrik edirəm. Biz Avropa Liqasında dörd qarşılaşmada meydana çıxmışdıq. Yəqin ki, rəqib komanda bizim oyunlarımıza baxıb analiz etmişdi”. Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqanın I turunda “Rəvan”la heç-heçədən (1:1) sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

O bildirib ki, birinci qarşılaşma həmişə çətin olur: “Təəssüf ki, biz “Rəvan” komandasının oyunlarını analiz edə bilməmişdik. Gərgin oyun oldu. Qələbə qazanmaq üçün bir çox imkanlarımız oldu. Əfsuslar olsun ki, səhv buraxdıq və bunun da nəticəsində qapımızda qol gördük. Birinci qarşılaşmalar həmişə ağır olur. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. “Rəvan” komandasına uğurlar arzulayıram”.