“Son dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu”
05.08.2012 - 23:46
“Hazırda ölkənin ən yaxşı komandasına qarşı oynadıq. “İnter” Avroliqada ikinci mərhələni keçə bilməsə də, çox yaxşı çıxış etdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc mütəxəssis Premyer Liqanın I turunda “İnter”lə oyuna münasibət bildirib: “Mövsümə qələbə ilə başlamaq istəyirdik, lakin son dəqiqələrdə buraxdığımız qol planlarımızı pozdu. Bir xal qazandıq, ümumilikdə yaxşı oyun oldu. Əks-hücumda yaxşı oynadıq, ikinci hissədə komandanın zəif cəhətlərini görmək imkanımız oldu. Heyətlərindəki dəyişiklikləri nəzərə alsaq, rəqiblərimizi hələ tam tanımırıq. Ona görə də, qarşıdakı turlarda bizə çətin olacaq”.
Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı 1:1 hesabı ilə başa çatıb.

- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0