“Rəvan” – “Xəzər Lənkəran”: Ənənə davam edir...
06.08.2012 - 08:30
“Rəvan” və “Xəzər Lənkəran” klubları arasında oyunlarda maraqlı ənənə yaranıb. Apasport.az saytının məlumatına görə, bu komandaların matçına eyni hesab qeydə alınır. Belə ki, tərəflər artıq 3-cü dəfədir üzləşirlər və yenə oyun 1:1 hesabı ilə nəticələndi.
“Rəvan” Premyer Liqada debüt etdiyi ötən mövsümdə də rəqibini ilk olaraq “Dalğa Arena”da qonaq etmişdi. Bakılılar oyunda hesabı erkən açsalar da, 2-ci hissənin əvvəlində buraxdıqları qolla qələbəni əldən verdilər.
Ötən mövsümkü Mərdəkandakı oyunla bağlı oxşarlıq ondadır ki, həmin vaxt da hesabı ilk hissədə meydan sahibləri açmış, lənkəranlılar fasilədən sonra vurduğu qolla tarazlığı bərpa etmişdi. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov ilk dəfə “Rəvan”la üzləşirdisə, Bəhmən Həsənov ötən mövsüm komandanın baş məşqçisi postunda olaraq, həmkarı ilə ilk dəfədir rəqib olurdu.

0
0