Anatoli Doroş: Azərbaycan çempionatında motivasiya böyükdür
06.08.2012 - 08:56
Moldovalı futbolçu Anatoli Doroş uzun müddət çıxış etdiyi Azərbaycan milli çempionatına qayıtmaq istəyir. Apasport.az saytının məlumatına görə, vətəninə dönən 29 yaşlı hücumçu “Rapid”ə keçərək, 2-ci oyununda dubla imza atıb. Ancaq bu klubla ilin sonuna kimi müqaviləsi olan Doroş müddət bitən kimi ölkəmizdə dönəcəyini istisna etmir.
Millisinin də üzvü olan Anatolinin sözlərinə görə, Premyer Liqamızda çıxış edəndə, stimulu böyük olur: “Qışda yenidən xaricə yollanmaq istəyirəm. Mən demirəm ki, Moldovada futbolun səviyyəsi oynadığım Azərbaycan və Qazaxıstanla müqayisədə aşağıdır. Ancaq orada motivasiya böyükdür. Bizim çempionatda isə müsbət cəhətlər azdır. Mənim 29 yaşım var və hələ yaxşı səviyyədə futbol oynamaq istəyirəm. Moldovaya isə karyeramı bitirəndə qayıdacağam”.
Qeyd edək ki, Doroş ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan”, “Simurq”da oynayıb və 5 klubumuzda qol vuran yeganə legionerdir.

0
0