“Bakı” ilə oyunun hazırlıqları başladı
06.08.2012 - 09:15
Azərbaycan çempionatının ilk turunda "Qəbələ" ilə heç-heçə oynayaraq hesabına ilk xalı yazdıran "Simurq" ara vermədən növbəti matçın hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, yüngül isinmə hərəkətləri ilə başlayan məşq, ikitərəfli oyunla tamamlanıb. Əsas heyətdə yer almayan futbolçular isə komandadan ayrı çalışıb. Yalnız "Qəbələ" ilə oyunda dizindən zədələnən Rüstəm Abasov bu günki məşqdə iştirak etməyib.
Qeyd edək ki, "Simurq"un növbəti turdakı rəqibi "Bakı" olacaq. Qarşılaşma avqustun 10-nu paytaxt klubunun bazasında keçiriləcək.
Qeyd edək ki, "Simurq"un növbəti turdakı rəqibi "Bakı" olacaq. Qarşılaşma avqustun 10-nu paytaxt klubunun bazasında keçiriləcək.
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0