Xeyirxah Foqts
06.08.2012 - 12:33
Bizim üçün avrokubok həyəcanı bitmək üzrədi. Düzdü, hələ İsraildən boynubükük dönən "Neftçi"nin daha bir şansı var. "Hapoel"i mübarizədən kənarlaşdırmaq yalnız nəzəri cəhətdən mümkündüsə, əlahəzrət püşkün bu il bizə qarşı göstərdiyi ürəyiaçıqlığa görə yenə ümidimiz qalıb. Ola bilsin, “ağ-qaralar” üçün Avropa Liqasının pley-off mərhələsində daha bir qapı açıldı.
Düzdü, potensial rəqiblərin siyahısına nəzər salanda adamın ürəyi ağrıyır. Hansı Bakıya gəlsə, indiki "Neftçi"ni ayaqlayıb keçər. Ancaq yenə də güclülər içində ən zəifini arzulayıb ümid etmək istəyirsən.
Hələliksə, klublarımız təmizləmə işləri ilə məşğuldu. "Xəzər Lənkəran" "günah keçiləri"ni Avroliqada çıxışını bitirən kimi qovdusa, "Neftçi" "Hapoel" biabırçılığından həmən sonra, cavab matçını keçirməmiş eyni addımı atdı. Bakıda da qovulanların sayı cənublulardakı kimi 3 oldu. Ancaq insaf naminə deməliyik ki, hər 2 klub qovulmağa ən layiqli olanları transferə çıxarıb (Sport Ekspress).
Ancaq burada maraqlı məqam odu ki, "Xəzər Lənkəran"ın imtina etdiyi futbolçulardan biri - Kamran Ağayev yığmanın əsas qapıçısıdı. Hələlik heç bir klubumuzun yaxına buraxmadığı bu futbolçunun yoxluğu yığmaya ciddi problem yaradacaq. Millinin ikinci qapıçısı Rauf Mehdiyev səhvləri üzündən "Neftçi"dən bayıra atıldı, onun "Bakı"dakı həmkarı Aqil Məmmədov hərbi xidmətə aparılıb, digər milli qolkiper Andrey Popoviç isə xarakteri üzündən çoxdan lazımsızlar siyahısına yazılıb.
Ümid qalıb "Qarabağ"da heyət üzünə həsrət qalan Fərhad Vəliyevlə "Sumqayıt"da oyun təcrübəsi qazanmaq istəyən Səlahət Ağayevə.
Belə vəziyyətdə yığmanın baş məşqçisi Berti Foqts məndən çox narahat olmalıdı. Amma alman çalışdırıcı gəlib Premyer Liqa oyunlarını izləməkdənsə... Rəqibimiz Rusiya millisinin baş məşqçisi Fabio Kapello isə həmin vaxt Moskvada tıxacda gözləyə-gözləyə hansısa çempionat oyununa çatmağa çalışırdı. Əsl fərq bundadı.
AFFA-nın hər cür səlahiyyət verdiyi Foqtsun nəzərinə onu da çatdıraq ki, Rail Məlikov, Arif İsayev, Fərid Quliyev, Mahir Şükürov kimi milli üzvləri də hazırda klubsuzdu. Sabah İsrail və Portuqaliya, ola bilsin Bəhreyn yığmaları da millimiz darmadağın edəndə Foqts narazılıq edəcək ki, səviyyəli oyunçu yoxdu, əsas milli üzvləri isə klubsuz qalıb. Ancaq almaniyalı çempionat oyunlarını izləyib onlara layiqli əvəzedici tapmalıdı. Adı çəkilənlərin bəzisi zəif oyunu, bəzisi xarakteri, bəzisi də pul hərisliyi üzündən kənarda qalıb. Əvəzində Elvin Yunusov, Cavid İmamverdiyev, Nizami Hacıyev və adları çempionatın gedişində üzə çıxacaq neçə-neçə gənc səviyyəsini artırıb. Odu ki, Foqts heç olmasa, Azərbaycana tələsməlidi ki, sabah milliyə çağırılanların siyahısını elan edəndə orada Almaniyadan, Türkiyədən, Dağıstandan gələn 3-cü dərəcəli futbolçular çoxluq təşkil etməsin.
Sağ olsun Ramin Musayevlə telekanallara ki, artıq Foqtsun bir yalanının da qarşısını aldılar. Artıq Foqts Almaniyada televizor vasitəsilə çempionatı izlədiyini deyə bilməyəcək. Çünki bizim telekanallara da ölkə çempionatı lazım deyil və oyunları yayınlamaq istəmirlər. PFL-in sayt vasitəsiylə oyunları göstərmək imkanı da olmadığından Foqtsun bəhanəsi qalmayıb.
Sadəcə, gəlmək, Premyer Liqa matçlarına baxmaq və olanlarımızın ən yaxşılarını seçmək lazımdı. Yoxsa alman məşqçi də "Neftçi"ylə "Xəzər Lənkəran" kimi uğursuzluqlardan sonra Vaqif Cavadovun simasında kimlərisə qovmaqla bəraət axtarmağa məcbur olacaq.

0
0