Dünya çempionatının talismanı Premyer Liqa oyununda
06.08.2012 - 13:41
Premyer Liqanın cari mövsümünün ilk turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" - AZAL oyunu FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, çempionatın Yerli Təşkilat Komitəsinin (YTK) yaxından iştirak etdiyi matçda çempionatın rəsmi talismanı Top Top Qız yaşıl meydançaya çıxaraq azarkeşləri salamlayıb. Çempionatla bağlı ümumi məlumatları özündə əks etdirən broşurlar və digər təbliğat materialları oyun zamanı YTK nümayəndələri və çempionatın könüllüləri tərəfindən tribunalarda əyləşən azarkeşlərə təqdim olunub. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu, müğənni Çingiz Mustafayevin oyunun fasiləsində çıxışı isə azarkeşlərdə yüksək əhval-ruhiyyə yaradıb.
Mənbə: affa.az
Mənbə: affa.az
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0