Azərbaycan – Finlandiya oyununun vaxtı müəyyənləşdi
06.08.2012 - 14:54
Azərbaycan – Finlandiya oyununun vaxtı müəyyənləşdi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması 2 yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri Estoniyanın Tallinn şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində qüvvəsini 2 qarşılaşmada sınayacaq.

Yığmamız avqustun 14-də Estoniya, avqustun 17-də isə Finlandiya komandası ilə qarşılaşacaq. Estoniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00, Azərbaycan - Finlandiya qarşılaşması isə Bakı vaxtı ilə saat 16:30 başlayacaq.

Mənbə: affa.az