Azərbaycan – Bəhreyn matçının yeri dəyişdirildi
06.08.2012 - 15:30
Azərbaycan – Bəhreyn matçının yeri dəyişdirildi
Azərbaycan və Bəhreyn yığmaları arasında avqustun 15-də keçiriləcək yoldaşlıq görüşünün stadionu dəyişdirilib. Apasport.az saytının məlumatına görə, saat 21:00-da AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da baş tutmalı olan matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

Məsələ ondadır ki, Bəhreyn Futbol Federasiyası tərəfindən AFFA-ya ünvanlanmış rəsmi müraciətdə oyunun süni deyil, təbii ot örtüklü meydançada keçirilməsi ilə bağlı xahiş öz əksini tapıb. AFFA həmin müraciəti nəzər alınaraq, Azərbaycan - Bəhreyn oyununun Bakıxanov qəsəbə stadionunda keçirilməsi ilə bağlı qərar qəbul edib. Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.

Mənbə: affa.az