“Neftçi”dən jurnalistlər üçün avtobus
06.08.2012 - 16:27
“Neftçi”nin Çempionlar Liqasında keçirəcəyi oyun öncəsi açıq məşqinin və mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsrailin “Hapoel” (Kiryat-Şmona) komandası ilə III təsnifat mərhələsinin cavab oyunundan bir gün əvvəl "Dalğa Arena"da hər iki klubun mətbuat konfransı və açıq məşqi baş tutacaq.
Avqustun 7-də saat 19:30-da “Neftçi”nin, 1 saat sonra isə qonaqların nümayəndələri media önünə çıxacaq. Açıq məşq isə müvafiq olaraq 20:00 və 21:00-da başlayacaq. İsrail təmsilçisinin məşqinin yalnız 15 dəqiqəsi açıq olacaq.
“Neftçi” rəhbərliyi media nümayəndələrinin “Dalğa-Arena”ya gedib-gəlməsini də təmin edəcək. Belə ki, bu məqsədlə xüsusi avtobus ayrılıb. Mətbuat konfransları və açıq məşqi işıqlandırmaq istəyən KİV nümayəndələrini aparacaq nəqliyyat avqustun 7-də saat 18:00-da “Gənclik” metro stansiyasının yaxınlığından, “Bazar Store”nin yanında yola düşəcək.

0
0