Flavinyo azarkeşlərdən kömək istəyir
06.08.2012 - 17:41
Flavinyo azarkeşlərdən kömək istəyir
"İsraildə baş tutmuş ilk matçda nə baş verdiyini izah etmək çətindir. 0:4 hesabına bəraət qazandırmaq niyyətim yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı futbolçusu Flavinyo deyib.
Yarımmüdafiəçi klubun saytına açıqlamasında avqustun 8-də keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin İsrail təmsilçisi “Hapoel” (Kiryat-Şmona) ilə cavab oyunu haqda fikirlərini bildirib: “Amma bu məğlubiyyətin əvəzini çıxmaq üçün gözəl şansımız var. Komanda olaraq ümidimizi itirməmişik və qələbəyə köklənmişik. Onu da deyim ki, "Hapoel" ilə cavab oyununda azarkeş dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, onlar bizi bu qarşılaşmada tək qoymayacaqlar və fürsətdən istifadə edib bütün neftçisevərləri bizi dəstəkləməyə çağırıram".