“Seçmə mərhələdə qrupdan birbaşa çıxmaq şansımız olacaq”
07.08.2012 - 08:51
“Düşünürəm ki, dünya çempionatına vəsiqənin taleyi bizdən asılı olacaq. Əgər Rusiya yığması öz yaxşı sürətli oyununu nümayiş etdirə bilsə, qrupdan birbaşa çıxmaq şansımız olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Vladimir Bıstrov deyib.
Fasilədən sonra yenidən yığmaya çağırılan “Zenit”li yarımmüdafiəçi DÇ-2014-ün seçmə qrupu haqda iddialı danışıb: “Milliyə qayıtmağıma şadam. Zədədən çox vaxt keçib, artıq oynamağa hazıram. Millinin seçmə mərhələ oyunları da daxil olmaqla qarşıdakı matçlarda qələbə qazanmasına kömək etməyə çalışacağam”.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir.

0
0