Dünya kuboku banka təqdim olundu - FOTOSESSİYA
07.08.2012 - 14:02
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin kuboku bu gün DÇ-nin milli dəstəkçilərindən olan “Xalq Bank”a təqdim edilib. Apasport.az saytının məlumatına görə, “Xalq Bank”ın baş ofisində keçirilən rəsmi təqdimat mərasimində AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayev, bankın İdarə Heyəti sədrinin müavini Xəzər Bağırlı iştirak ediblər.
Arzu edən hər kəs “Xalq Bank”ın əsas binasında sərgilənəcək və bankın digər filiallarına da aparılacaq kubokla fotoşəkil çəkdirə bilər. Şəkillər “Xalq Bank” tərəfindən çərçivəyə salınaraq elə oradaca azarkeşlərə təqdim ediləcək. Yarışın sponsorunun ofisində kubokla birlikdə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top Top Qız-ı görmək və burada yerləşdirilmiş məlumat lövhəsində müvafiq məlumatlar əldə etmək olar.
Qeyd edək ki, rəsmi kubok avqustun 6-a qədər AFFA-nın inzibatı binasında sərgilənib.
Mənbə: affa.az

0
0