Julius Vobay: Əgər rəqib 4 qol vurubsa...
07.08.2012 - 14:23
Julius Vobay: Əgər rəqib 4 qol vurubsa...
"İsraildəki 0:4 hesablı məğlubiyyət mərhələ adlamaq şansımızı azaldıb. Əgər rəqib 4 qol vurubsa, biz niyə bunu bacarmayaq?”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Julius Vobay deyib.

Syerra-Leonedən olan yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin İsrail təmsilçisi “Hapoel” (Kiryat-Şmona) ilə cavab oyunu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Daha kəsərli hücumlar təşkil edib müdafiədə diqqətli oynamalıyıq. Hamımız qələbəyə köklənmişik. Son dəqiqəyə qədər mübarizə aparıb qalib gəlmək istəyirik".