Azərbaycan futbolunda yeni turnir
07.08.2012 - 14:27
Azərbaycan futbolunda yeni turnir
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin əməkdaşları "Coca-Cola Məktəbli Kuboku", U-11 Liqası, "Coca-Cola U-13 Liqası", U-14 Liqası, "Kapital Bank U-15 Liqa", U-16 Liqası və "Azercell U-17 Liqa"nın bütün iştirakçı komandaları ilə yerlərdə görüşlər təşkil ediblər. Apasport.az saytının məlumatına görə, görüşlərdə 2012/13-cü il mövsümündə nəzərdə tutulmuş dəyişikliklərlə bağlı ətraflı məlumat verilib, qeydiyyat qaydaları müzakirə olunub.

Qeyd olunub ki, bu il ölkəmizdə FIFA qadınlararası dünya çempionatı keçiriləcəyi üçün liqalarda çıxış edən komandaların oyunçuları DÇ-nin oyunlarında azarkeş qismində iştirak edəcək və təşkilatı işlərə cəlb olunacaqlar. Bununla əlaqədar, adıçəkilən liqalarda 2012/13-cü il mövsümü bu il oktyabrın 15-də start götürəcək və gələn il iyunun 15-də başa çatacaq.

Komandaların xahişinə uyğun olaraq, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında "Bahar turniri"nin keçirilməsi də nəzərdə tutulur.

Mənbə: affa.az