Cavid İmamverdiyev: Vəziyyəti xeyrimizə dəyişə bilərik
07.08.2012 - 16:55
"Hapoel"lə səfər matçında imkanlarımızdan çox zəif çıxış etdik. Müdafiədə buraxdığımız kobud səhvlər qapımıza vurulan 4 qolla nəticələndi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubunun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan yığmasının da üzvü olan yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsində İsrailin “Hapoel” klubuna səfərdə 0:4 hesablı məğlubiyyəti arxa xətdə buraxdıqları kobud səhvlərlə əlaqələndirib.
Cavid sabah Bakıda keçiriləcək cavab oyununda uğurlu nəticəyə ümid edir: “İstənilən halda, məğlubiyyətlə barışmaq fikrimiz yoxdur. Cavab qarşılaşmasında əlimizə düşəcək qol imkanlarından maksimum yararlana bilsək, vəziyyəti xeyrimizə dəyişə bilərik. Azarkeşlərin də güclü dəstəyi ilə bunu bacaracağımıza inanıram".

0
0