Möcüzə “Neftçi”lik deyil - YENİLƏNİB
08.08.2012 - 21:56
Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Neftçi” “Hapoel”lə ev oyunu ilə turnirdə çıxışını başa vurub.
Səfərdə qeydə alınan nəticə cavab matçını formallığa çevirmişdi. Hər halda, 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq asan məsələ deyildi. Komandamız hələ ilk hissədə qol vurub ümidlənsə də, fasilədən az sonra buraxdığı topla az qalan şansını da itirdi. Düzdür, yenidən hesabda irəli çıxa bilsək də, təsəlli qələbəsini uzatma dəqiqələrində buraxdığımız qolla əldən verdik.
Nəticədə bakılılar ÇL-də çıxışını heç-heçə ilə başa vurub, mübarizəni Avroliqada davam etdirmək hüququndan istifadə edəcək. Orada rəqib avqustun 10-da püşkatmada müəyyənləşəcək. Avroliqada son təsnifat mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
8 avqust
“NEFTÇİ” (AZƏRBAYCAN) – “HAPOEL” (İSRAİL) - 2:2
QOLLAR: Julius Vobay, 30, Cavid İmamverdiyev, 76 - Barak Badaş, 51, Lanzlo Lenkse, 90+1
Sarı vərəqələr: Şir Tzedek, 32, Erik Ramos, 45+1, Bruno Bertuççi, 83
Baş hakim: Martin Stromberqsson (İsveç)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:4
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 16. Bruno Bertucci, 32. Elvin Yunuszadə, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 11. Edin Kanales, 28. Emin Mehdiyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tərlan Quliyev, 7. Roqriqinyo, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev
Məşqçi: Tərlan Əhmədov
“Hapoel”: l. Daniel Amos, 5. Şir Tzedek, 15. Elad Qabai, 17. Sali Hassarmi, 81. Duşan Matoviç, 8. Ravid Qazai, 18. Brayan Qerziçiç, 22. Darko Tasevski, 23. Adrian Roçet (k), 10. Barak Badaş, 19. Şimon Abihazira
Ehtiyat oyunçular: 45. İtamar Nitzan, 4. Ben Vahabi, 20. Lyor Levi, 12. Beni Ben Zaken, 7. Əhməd Abed, 16. Adi Elişa, 29. Lanzlo Lenkse
Baş məşqçi: Qil Landu
Oyuna komandamız başladı.
6-cı dəqiqədə Vobayın zərbəsi dirəyin yanından keçdi.
Bundan 3 dəqiqə sonra Seyidovun zərbəsini qapıçı tutmaqda çətinlik çəkmədi.
Hücumçu Kanales cərimə meydanımızda təhlükəni sovuşdurdu.
19-cu dəqiqədə yeni kapitan olan Sadiqovun zərbəsi qapı tirinin üstündən keçdi.
24-cü dəqiqədə Mirhüseynin zərbəsi təhlükəli alındı.
28-ci dəqiqədə ən real qimkanımız olur. Əvvəlcə müdafiəçinin səhvindən sonra Vobayın zərbəsini qapışı dəf etdi, qayıdan topu Kanales tora göndərə bilmədi.
30-cu dəqiqədə komandamız istəyinə çatdı. Flavinyoya qarşı kobudluğa görə təyin edilən cərimə zərbəsindən sonra Vobay gözəl qola imza atdı.
Bundan 1 dəqiqə sonra hesabı artırmaq imkanımız olsa da, Rəşadın cərimə zərbəsindən sonra top dirəyin yanından keçdi.
35-ci dəqiqədə Seyidov yüz faizli qol imkanı qazandı. Ancaq o, topu qapıçının üstünə vurdu.
41-ci dəqiqədə Stamenkoviç irəli çıxaraq, inamlı oyunu ilə yadda qaldı.
44-cü dəqiqədə Bertuççinin zərbəsi güclü alınsa da, dəqiq olmadı.
İlk hissənin son dəqiqəsində müdafiəmizdə səhvdən sonra rəqibin kapitanı ən real qol şanslarını qaçırdı.
Baş hakim ilk hissəyə 1 dəqiqə əlavə etdi və fasiləyə irəlidə yollandıq.
İkinci hissəyə rəqib başladı.
Rəqib çox keçməmiş hesabı bərabərləşdirdi. Hələ İsraildə qapımıza yol tapan Badaş müdafiədə buraxdığımız səhvədn maksimum yararlandı. Bununla da 2 oyunun yekununa görə hesabı bərabərləşdirmək arzumuzun üstündən birdəfəlik xətt çəkildi.
55-ci dəqiqədə Vobay dubl etmək imkanında yararlanmadı. Onun zərbəsindən sonra top az fərqlə qapıdan aralıdan keçdi.
58-ci dəqiqədə Flavinyonun güclü zərbəsini qapıçı küncə çıxardı.
Ardından Kanales Flavinyonun sağ cinahdan ötürməsindən sonra topa ayağını qoyub, onu tora göndərə bilmədi.
63-cü dəqiqədə Brunonun zərsəbi qapının üstündən keçdi. Bundan dərhal sonra komandamızın heyətində ilk dəyişiklik oldu. Mirhüseyn yerini Cavid İmamverdiyevə verdi. Cavid az sonra yaxın məsafədən zərbəsi toru yandan silkələdi.
69-cu dəqiqədə Stamenkoviç cərimə zərbəsindən sonra topu küncə çıxardı.
Müdafiənin sağ cinahında oynayan Eminin növbəti səhvindən sonra qonaqlar əla qol imkanını boşa verdi. Bu epizodda qapıçımız ustalığını göstərdi. O, bu dəqiqələrdə rəqibin zərbələrini dəf edir.
76-cı dəqiqədə yenidən hesabda irəli çıxdıq. Cavid Kanales və Flavinyonun təşkil etdiyi hücumdan sonra başla topu qapıdan keçirdi.
Bundan 2 dəqiqə sonra Vobayın yaxın məsafədən zərbəsi rəqibə dəyərək, küncə çıxdı.
79-cu dəqiqədə komandamızda 2-ci əvəetmə oldu. Mehdiyevin yerinə Araz Abdullayev meydana daxil oldu.
85-ci dəqiqədə İmamverdiyevin dubl etməyinə zərbəsinin qapının üstündən keçməyi imkan vermədi.
82-ci dəqiqədə Stamenkoviç yenə rəqibin yüz faizli qol imkanında əla oynadı.
88-ci dəqiqədə Arazın uzaqdan zərbəsini qapıçı küncə çıxardı. 1 dəqiqə sonra Rəşadın zərbəsi tirin üstündən keçdi.
Baş hakim 2-ci hissəyə 4 dəqiqə əlavə etdi.
Müdafiəmizdə daha bir səhv və sonradan meydana çıxan macar hücumçu Lenkse oyunda son nöqtəni qoyur.

0
0