“Neftçi” üçün “Real” nümunəsi
08.08.2012 - 16:00
“Neftçi” üçün “Real” nümunəsi
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, İsrailin “Hapoel” (Kiryat-Şmona) klubunu qəbul edəcək Azərbaycan çempionu “Neftçi” Avropa futbolu tarixinə düşmək imkanı qazanıb.

Səfərdə 0:4 hesabı ilə uduzan “ağ-qaralar” mərhələ keçərsə, 1955-ci ildə start götürən avrokubokların 57 illik tarixinə düşəcək. Çünki 57 il ərzində cəmi 3 dəfə 1 klub səfərdəki 4 top fərqli məğlubiyyətin əvəzini çıxa bilib. 4 topun əvəzini çıxacaq 4-cü komanda olmaq isə “Neftçi”nin öz əlindədir.

Lakin özündən əvvəl bunu bacaran komandalardan fərqli, “Neftçi” səfərdə qol vurmadan 4 top fərqli məğlubiyyət alıb. Yəni, bakılılar məhz 0:4-ün əvəzini çıxacaq ilk komanda ola bilərlər.

4 topun əvəzini çıxanlardan sonuncusu isə məşhur “Real” olub. Hamıdan çox – 9 dəfə Avropanın ən güclüsü olan İspaniya təmsilçisi 26 il əvvəl qəhrəmanlıq etmişdi. Həmin vaxt sonda UEFA kubokunu da qazanan madridlilərdən sonra isə heç kim belə nailiyyətə imza ata bilmir. Son 26 ildə ilk dəfə isə bunu gerçəkləşdirmək üçün cəhd növbəsi “Neftçi”dədir.

1961/62 mövsümü
Kuboklar kuboku

“La Şo de Fonds” (Fransa) – “Leykoşe” (Portuqaliya)
İlk oyun – 6:2
Cavab oyunu – 0:5

1984/85 mövsümü
UEFA kuboku

“Kuinz Park Reyncers” (İngiltərə) – “Partizan” (Serbiya)
İlk oyun – 6:2
Cavab oyunu – 0:4

1985/86
“Borussiya” (Mönhenqladbax) – “Real” (madrid, İspaniya)
İlk oyun – 5:1
Cavab oyunu – 0:4