“Qalatasaray”ın 1,5 milyon avroya icarəyə götürdüyü legioner
08.08.2012 - 17:49
“Qalatasaray”ın 1,5 milyon avroya icarəyə götürdüyü legioner
“Qalatasaray” braziliyalı futbolçu Felipe Melonun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Yuventus”dan yarımmüdafiəçini daha 1 illiyə icarəyə götürdüyünü ictimaiyyətə açıqlayıb. Bu, türklərə 1,5 milyon avroya başa gəlib.

İstanbullular ötən mövsüm də heyətində icarədə oynayan Felipeni birdəfəlik almaq istəsə də, bu, sonraya qalıb. Məsələ ondadır ki, klublar arasında razılaşdırılan icarə müqaviləsinin şərtinə əsasən “Qalatasaray” növbəti mövsüm bitəndən sonra braziliyalının transfer hüquqlarını almaq imkanına malik olacaq. Bu, 7 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Melo “Qalatasaray”ın çempion olduğu ötən mövsümdə Superliqada 36 oyunda 12 qol vurub.