Tərlan Əhmədovdan son 10 ilin müqayisəsi
08.08.2012 - 22:30
Tərlan Əhmədovdan son 10 ilin müqayisəsi
“İsraildəki 0:4 hesablı ağır məğlubiyyətdən sonra komandanı oyuna kökləmək çətin idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Hapoel” (İsrail) klubu ilə oyunundan (2:2) sonra fikirlərini açıqlayıb. O bildirib ki, komandası nəyin bahasına olursa-olsun qələbə qazanmaq istəyirdi: “Əzmkar oyun göstərdik. Məqsədimiz qələbə qazanmaq idi. Komandadan razı qaldım. Bizdə yeni nəsil yetişir. Hazırkı “Neftçi” son 10 ilin ən güclü komandasıdır”.

Xatırladaq ki, ilk qarşılaşmada 4:0 hesablı qələbə qazanan İsrail təmsilçisi mərhələ adlayıb.