Baxşıyev, Əmirquliyev və Subaşiç
08.08.2012 - 23:07
Baxşıyev, Əmirquliyev və Subaşiç
Artıq Premyer Liqada ilk tura yekun vurulub. Apasport.az saytı bu gündən oxucularına hər turun ən maraqlı statistikasını təqdim edəcək.

* AZAL səfərdə 100-cü oyununu keçirdi. Bu qarşılaşmada "Sumqayıt"ın futbolçusu Orxan Əliyevin vurduğu qol AZAL-ın səfərdə qapısına vurulan 100-cü qol idi.

* Elmar Baxşıyev (“Qəbələ”) "Simurq”la qarşılaşmada 250-ci oyununu keçirdi. Bununla, Baxşıyev turun yubilyarı oldu.

Çempionatın 100 ən çox oyun keçirən futbolçusu

Bu siyahıya daxil olan futbolçulardan 10-u 1-ci tur meydanda olub. Onlardan daha cox irəliyəni Rahid Əmirquliyevdir. O, 90-cı pillədən 87-ci yerə yüksəlib.

30.(30). Rəşad Abdullayev ("Qəbələ") - 255
35.(36). Ceyhun Sultanov ("Sumqayıt") - 251
36.(37). Elmar Baxşıyev ("Qəbələ") - 250
57.(58). Aftandil Hacıyev ("Sumqayıt") - 232
78.(78). Samir Abasov ("Sumqayıt“) - 211
80.(81). Vüqar Nadirov ("Qarabağ") - 207
87.(90), Rahid Əmirquliyev ("Xəzər Lənkəran ") - 203
97.(98). Rəşad Sadıqov ("Qarabağ") - 196
98.(98). Elnur Allahverdiyev ("Xəzər Lənkəran ") - 196
100.(100) Georgi Adamiya ("İnter") - 195

Premyer Liqanın 100 ən məhsuldar hücumçusu

1-ci tur bu siyahıda olan futbolçulardan yalnız Branimir Subaşiç fərqlənib. O, cədvəldə 2 pillə irəliləyib:

48.(50). Branimir Subaşiç ("Xəzər Lənkəran”) - 40

Hazırladı: Rasim Əliyev