Julius Vobay: Rəşad Sadiqova 3 addım qaldı
09.08.2012 - 08:30
“Neftçi”nin futbolçusu Julius Vobay avrokuboklarda 3-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, Syerra-Leonedən olan sağ cinah yarımmüdafiəçisi yayda keçdiyi komandasının Çempionlar Liqasında (ÇL) qol vurduğu oyunların hamısında fərqlənib. Belə ki, II Vobay əvvəlcə təsnifat mərhələsində Gürcüstanın “Zestafono” klubuna evdə 3:0 hesabı ilə qalib gəldikləri, səfərdə 2:2 hesablı bərabərliyə qaldıqları oyunda rəqib qapısına yol tapıb. “Neftçi” III mərhələdə səfərdə qol vura bilmədiyi “Hapoel”lə (0:4) evdə 2:2 hesablı heç-heçə etdiyi cavab oyununda da afrikalı öz sözünü deyib.
Bununla da Julius avrokuboklarda klublarımızın heyətində ən azı 3 qol vuran futbolçular siyahısına daxil olub. Ora isə komanda yoldaşı, yeni kapitanı Rəşad Sadiqov başçılıq edir. Yarımmüdafiəçi Vobay kimi Gürcüstandakı matçda qol vurmuş və nəticədə bombardirlər yarışında liderliyi ələ keçirmişdi.
İsraillilərə Bakıdakı oyunda qol vuran Cavid İmamverdiyev “Zestafoni” ilə ev oyununda da Juliuslə birgə fərqlənmişdi. Millimizin üzvünün hesabında 2 qol var və o da afrikalı kimi avrokuboklarda qol hesabını cari mövsümdə açıb. Cavid daha bir qol vurarsa, Vobayın daxil odluğu siyahıya düşəcək. “Neftçi” ÇL-də çıxışını başa vursa, mübarizəni Avroliqada davam etdirmək hüququna malik olduğundan, hər 2 futbolçunun qitə miqyaslı turnirdə qol sayını artırmaq imkanı var.
Avrokuboklarda bombardirlər siyahısı
1. Rəşad Sadiqov – 6
2-3. Rəşad Sadıqov, Əfran İsmayılov – 5
4-7. Vüqar Nadirov, Badri Kvaratsxeliya, Feliks Felipe Almeyda, Branimir Subaşiç
8-12. Rauf Əliyev, Zaur Ramazanov, Müşfiq Hüseynov, Georgi Adamiya

- “Qarabağ”ın sabiq qapıçısı “Göztəpə”də – Rəsmi
- “Qaziantep”in transfer qadağası ləğv edildi
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
0
0